Bu günə kimi 450-dən çox doğum suda baş tutub AÇIQLAMA

Bu günə kimi 450-dən çox doğum suda baş tutub AÇIQLAMA

"Hamilə qadınlar suda doğuşa maraq göstərəcəklər. Suda doğuş digər klassik doğuş növünə baxdıqda daha təbii sayılır". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Respublika Diaqnostika Mərkəzinin mama-ginekoloqu İlahə Quliyeva deyib.

Onun sözlərinə görə, bunun səbəbi ana bətnində uşaq dölyanı maye ilə əhatələnməsidir: "Dölün birdən-birə maye mühitdən quru mühitə çıxması döl üçün artıq stressdir. Lakin suda doğuş zamanı döl, maye mühitdən sulu mühitə çıxır. Belə olduqda nə baş verir? Belə doğuşlarda suyun temperaturu, səs, işıq parametrləri ana bətni ilə müqayisədə çox yaxındır. Belə olduqda yeni doğulmuş uşaq doğum stressi yaşamır və daha yaxşı adaptasiya edir".

Genekoloq deyib ki, təbii klassik doğumlardan fərqli olaraq suda doğum zamanı ağrı daha az olur: "Yəni hamilə qadın daha az ağrı hiss edir. Doğumun dövrlərini daha konfotlu şəraitdə həyata keçirirlər. Bu doğuş növü 2 ildir ki, aparılır və bu günə kimi 450-dən çox doğum bu üsulla həyata keçirilib. Həkim tərəfindən təbii doğuşa göstərişli hər passient suda doğuş həyata keçirə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə