"Uşaqların icbari dispanserizasiyası haqqında" respublika Prezidentinin Fərmanına uyğun olaraq Masallı rayonunda uşaqların dispanserizasiyası uğurla davam etdirilir. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, indiyə kimi, rayon üzrə 30 minə yaxın uşaq müyinədən keçirilib.
Səhiyyə Nazirliyinin təşkilatşılığı ilə keçirilən aksiyanın yüksək səviyyədə həyata keçirilməsindən ötrü Masallı Rayon Mərkəzi Xəstəxanasının həkimlərndən ibarət iki səyyari qrup yaradılıb. Qrupa həkim pediatr, nevropatoloq, cərrah, endekrinoloq, oftolmaloq, stomotoloq daxildir. Rayonda uşaqların dispanserizasiyası ambulatoryalarla yanaşı, baxçalarda, ümümtəhsil məktəblərində, digər uşaq müəssisələrində də həyata keçirilir. Bu günə kimi ümumi rayon üzrə müayinədən keçən uşaqların sayı 30-minə yaxındır. Müayinələr zamanı ciddi xəstəliklər aşkarlanmasa da, bölgə üçün xarakterik olan rematizm və bronxit astma xəstəliyi olan 1724 uşaq dispanser qeydiyyatına götürülüb. Xəstələr Mərkəzi Rayon Xəstəxanasında müalicəyə cəlb olunublar.
Xəstəliyi daha yüksək müalicə tələb edən xəstələr, paytaxt Bakının müxtəlif xəstəxanalarına göndərilib.
Qeyd edək ki, Masallı rayonunda ümumi əhalinin sayı 200 min 12 nəfər təşkil edir. Onların 45 min nəfərindən çoxunu 0-17 yaş, 30 min 12 nəfərini 0-1 yaş arası uşaqlar təşkil edir.Sağlamlıq imkanı məhdud olan uşaqların sayı isə 1458 nəfərdir.Qeyd edək ki,uşaqların dispanserizasiyası bu ilin sonuna kimi davam etdiriləcək.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB