Azərbaycanda ilk dəfə olaraq "kateter vasitəsilə ürəyin aortal qapağının protezləşdirilməsi" (TAVİ) əməliyyatı icra edilib. Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinə istinadla verdiyi məlumata görə, əməliyyat 79 yaşında qadın üzərində aparılıb. Yaşı və xəstəlikləri nəzərə alaraq klassik cərrahiyyənin yüksək riskli olduğu üçün TAVİ metoduyla xəstə müalicə edilib.
Lazımi hazırlıq proseduralarından sonra xəstədə TAVİ əməliyyatı uğurla icra edilib. Xüsusi kateterlər vasitəsilə ürəyin zirvə nahiyəsindən aortal qapağı implantasiya edilib. Açıq ürək əməliyyatına, ürəyin dayandırılmasına, süni ürək qan dövranına ehtiyac olmadan əməliyyatı uğurla başa vurulub.
Qeyd edək ki, TAVİ (transcatheter aortic valve implantation) adlanan bu əməliyyat dünyanın ən qabaqcıl ölkələrində son 10 ildə tətbiq olunmağa başlayıb. ABŞ – da 2007-ci ildən etibarən tətbiq olunur. Bu metod ciddi riskli qapaq xəstələri üçün bir ümid yeri, həyat qurtarıcı bir alternativ təşkil edir./anspress/
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB