Xərçəng xəstəliyinin diqqət yetirmədiyimiz 7 əlaməti

Xərçəng xəstəliyinin diqqət yetirmədiyimiz 7 əlaməti

Onkoloji xəstəliklərin ilk mərhələdə göstəriciləri müxtəlif olur. Təəssüf ki, şişlərin bir çox növünə yoluxmanın səbəbi xəstəliyin simptomplarının digər narahatçılıqşlarla dəyişik salınmasıdır. Bu ağır xəstəliyin qarşısının alınması üçün insanların orqanizmində baş verən dəyişikliklərdən hansına fikir verilməli olduğu barədə ekspert maraqlı məlumat verib.

Onkoloji xəstəliklərin ilk mərhələdə göstəriciləri müxtəlif olur. Məsələn, baş beyin xərçəngi – qlioblastomanın yeganə simptomu iybilmə qabiliyyətinin dəyişməsidir (gözəl ətirli ərzağın pis qoxuduğunu düşünürsən).

Xərçəngin hormonlardan asılı növü, məsələn qalxanvari vəzinin şişi psixi pozğunluqlarla depresiya, sulugözlülük, əsəbiliklə özünü göstərir.

Ağciyər xərçəngi isə, maraqlıdır ki, bronxit şəklində deyil (hansı ki, daha çox məntiqə uyğundur), ürəkdə (təngənəfəslik, sinədə ağırlıqla) özünü göstərir.

Sizlərə xərçəngin insanların fikir vermədikləri əlamətlərini təqdim edirik:

1. Dırnağın rənginin və formasının dəyişməsi

Dırnağın altındakı tünd cızıqlar və nöqtələr dəri xərçəngi –Melanomun əlaməti ola bilər. Əgər dırnağın forması birdən dəyişirsə, barmaq ucları isə qalınlaşırlarsa, bu ağ ciyər xərçənginin əlaməti ola bilər. Bir çox insanlar bunu artritlə dəyişik salırlar. Çox rəngsiz, hətta ağ dırnaqlar isə qara ciyər xərçənginin əlaməti ola bilər.

2. Damaqda qanaxma

Əgər damaqlar qanamağa başlayıbsa və ağrıyırsa, üzərlərində isə göyərmələr əmələ gəlibsə, təcili həkimə müraciət edin. Bu təkcə zəif imunitet, hormonal fonun dəyişməsi və parodontitin deyil, həmçinin leykemiyanın nişanəsidir.

3. Kürək ağrıları

Əgər siz son zamanlar ağır heç nə qaldırmayıbsızsa və fiziki idmanla məşğul deyilsinizsə, ancaq heç nədən kürəyiniz ağrıyırsa, özü də bu mütəmadi belədirsə, həkimə getməyin və ilkin olaraq rentenoqrama etməyin yeri var. Kürəyin yuxarı hissəsindəki ağrılar ağ ciyər xərçənginin, aşağısında olan ağrılar isə kişilərdə prostat vəzinin simptomları ola bilər. Bu, həm də mədəaltı xərçənginin əlaməti də ola bilər.

4. Təngənəfəlik

Ən gec fikir verilən əlamətdir. Halbuki, ağ ciyər xərçənginin ən ilkin əlamətidir. Adətən həkim və pasiyentlər bunu başqa xəstəliklərlə, məsələn, ürəklə əlaqələndirirlər, ancaq xərçəng təhlükəsi barədə unudurlar.

5. Soyuqdəymə əlamətləri olmadan ösgürək

Bu da, əsasən də siqaret çəkənlərdə ən gec fikir verilən əlamətdir. Öskürək quru və yaş ola bilər. Əgər soyuqdəyməniz yoxdursa və bu, uzun müddət davam edirsə, təcili flüoqrafiyadan keçmək üçün siqnaldır.

6. Depresiya

Ağciyər və qalxanabənzər vəzi xərçəngi adətən depresiya, əsəbilik və əsəb pristupları ilə müşahidə olunur. Bu depresiya qidalanmada və həyati tərzində fərq olmadan kəskin arıqlamaqla müşaiyət olunur.

7. 37.1-37.3 temperatur

2-3 həftə çəkən subfebril temperatur (37,1-37,3) hər kəsi narahat etməlidir. Bəzən bu, qan və ya limfa sisteminin simptomu ola bilər. Bu səbəbdən ümumi və biokimyəvi qan analizi verilməlidir.

Qeyd edək ki, əgər bu simtomlar müşahidə olunursa təşvişə düşmək lazım dneyil. Simptom – hazır diaqnoz deyil, sadəcə orqanizmlə məşğul olmaq və həkimə getmək üçün səbəbdir.

90 faiz yoxlamalar zamanı məlum olub ki, öskürək bronxitdəndir və siqareti tərgitmək lazımdır, təngənəfəslik artıq çəki, yaxud stenokardiyadandır, rəngsiz dırnaqlar isə A vitaminin çatışmazlığındandır.

Ancaq 10 faizə daxilsinizsə əhəmiyyətsiz əlamətlərlə həyatınızı qurtara bilərsiniz. Statiskaya görə, xəstəliyin ilkin mərhələsində tapılan xərçəngin bir çox növlərini tam müalicə etmək olur. Digər məsələ isə, xərçəng sürətlidir və birinci mərhələ çox çəkmir.

Müayinə olunmaqdan, çox da vacib görünməyən, ancaq sizi narahat edən əlamətlər barədə həkimə danışmaqdan çəkinməyin. Bəzən, işə dəxli olduğu görünməyən bir şey, diaqnozun vaxtında qoyulmasına səbəb ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə