Naxçıvan Muxtar Respublikası (MR) Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində könüllü qanvermə aksiyası keçirilib. SİA-nın verdiyi məlumata görə, aksiyada Naxçıvan MR Daxili İşlər Nazirliyinin əməkdaşları iştirak ediblər.
Əvvəlcə donorlardan arterial təzyiqin yoxlanılması, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərlə bağlı qan analizləri götürülərək testdən keçirilib. Donorlardan götürülmüş 20,4 litr qanın qrupları müəyyənləşdirilib. Birli, ikili və üçlü torbalarda 13,8 litri Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin, 6,6 litri isə Naxçıvan MR Doğum Mərkəzinin qan banklarına təhvil verilib.
Qeyd edək ki, qanvermə aksiyasının məqsədi qana ehtiyacı olan uşaqlara tibbi yardımın keyfiyyətinin artırılması, faktor preparatları ilə müalicənin təşkil edilməsi və digər tədbirlərin görülməsindən ibarət olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB