Oktyabrın 9-10-da Belarusun paytaxtında MDB ölkələri pediatrlarının "Uşaq və cəmiyyət: səhiyyə, inkişaf və qidalanma problemləri" mövzusunda VI konqresi keçiriləcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, forumda müasir pediatriyanın əsas məsələləri müzakirə olunacaq.
Konqresin işində MDB ölkələrinin və uzaq xarici ölkələrin pediatriya sahəsində çalışan aparıcı mütəxəssisləri iştirak edəcəklər.
Qeyd edək ki, forum ənənə üzrə Birlik ölkələrinin 2008-ci ildə yaradılmış Pediatrlar Federasiyasının təşəbbüsü ilə təşkil olunur və təşkilata üzv olan ölkələrdən birində keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB