İnsan özü özünün həkimidir, deyirlər. Özümüzə və ürəyimizə edə biləcəyimiz ən böyük yaxşılıq qidalanma rejiminə diqqət etməkdir. Məşhur cərrahların açıqlamasına görə, düzgün qidalanma və sağlam həyat tərzi ürək-damar xəstəlikləri riskini 30-60 %-ə qədər azaldır.
Həkimlər ürəyə zərər verən 11 vərdişi müəyyənləşdiriblər:
1) Gec yatıb, gec oyanmaq.
2) Ac olmadan yemək.
3) Yatmazdan əvvəl yemək.
4) Yaxşı qıdalanmamaq.
5) Oturaq vəziyyətdə çox qalmaq, hərəkət etməmək.
6) İdman etməmək.
7) Stress keçirmək.
8) Piylənmə.
9) Spirtli içkilərdən çox istifadə etmək.
10) Siqaret çəkmək.
11) Ürəyimizlə bağlı şikayətimiz olmayana qədər ona əhəmiyyət verməmək.
Həkimlər ürək-damar xəstəlikləri ilə bağlı ən çox verilən sualları belə cavablandırırlar:
- Hansı əlamətləri özümüzdə hiss etsək, həkimə getməliyik?
- Xüsusilə, sinədə ağrı, boğulma, təngnəfəslik ürək-damar xəstəliklərinin ilkin əlaməti ola bilər. Bu şikayətlər sinənin sağ və ya sol hissəsində, qollarda, mədənin üst hissəsində, boyunda və ya boyundan çənəyə doğru ola bilər.
Bundan əlavə, tez yorulmaq, nəfəs darlığı,özünü pis hiss etmək, boğulmaq, ürək döyüntüsü, ürəkgetmə halları ürək xəstəliyinin işarəsi ola bilər.
- Ürəyimizlə bağlı ilk müayinəni neçə yaşında etməliyik?
- Kişilərdə 40 , qadınlarda isə 50 yaşdan sonra ürəyi müayinə etdirmək lazımdır. Lakin həmin şəxsin ailəsində və ya birinci dərəcəli qohumunda erkən ürək problemləri olubsa, şəkər və ya yüksək təzyiqdən əziyyət çəkibsə, bu müayinələrin 30 yaşında etdirilməsi vacibdir.
-Ürəyi sağlam bir insan müayinələri neçə ildən bir və necə etdirməlidir?
- Sağlam insanlar iki ildən bir, risk qrupuna aid olanlar isə hər il müayinədən keçməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB