Nazir: “İndi regionlarda müasir müalicə üsulları tətbiq edilir”

Nazir: “İndi regionlarda müasir müalicə üsulları tətbiq edilir”

Azərbaycanda vaxtilə hansısa ciddi problemi olan ağır xəstənin rayonlarda müalicəsindən söhbət gedə bilməzdi. Həmin şəxslər mütləq paytaxta gətirilirdi. Ancaq indi xəstələr yalnız ciddi zərurət yaranan hallarda Bakıya gətirilir. SİA-nın "Tibb" qəzetinə istinadən verdiyi xəbərə görə, bu sözləri səhiyyə naziri Oqtay Şirəliyev kollegiya iclasında çıxışı zamanı deyib.

Nazir son bir ildə Bakı Sağlamlıq Mərkəzinin, Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının, Ağcabədi, Cəlilabad, Astara, Lənkəran və digər rayonlar­da xəstəxanaların istifadəyə verildiyini qeyd edib. Bu işlərin nəticəsində indi regionlarda ən mürəkkəb əməliyyatlar olunur, müasir müalicə üsulları tətbiq edilir.

O.Şirəliyevin sözlərinə görə, bu gün təmirdə olan və ya yaxın zamanda təmiri nəzərdə tutulan mərkəzi rayon xəstəxanalarının sayı barmaqla sayılacaq qədərdir. Bir-iki il ərzində onların təmiri və yeni xəstəxanaların tikintisi başa çatdırılacaq.

Nazir hesab edir ki, təcili tibbi yardım maşınları, sanitar aviasiya xidməti yüksək səviyyədə fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə