Masallıda tibb məntəqəsi istifadəyə verilib

Masallıda tibb məntəqəsi istifadəyə verilib

Dünya Bankının maliyyələşdirdiyi "İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi" çərçivəsində Masallı rayonunun Şərəfə kəndində tibb məntəqəsinin açılışı olub. SİA-nın məlumatına görə, rayon mərkəzindən 17 kilometr aralıda yerləşən, 5000-dən çox əhaliyə xidmət göstərəcək birmərtəbəli və beş otaqdan ibarət səhiyyə müəssisəsi ən müasir tibb avadanlığı ilə təmin edilib.

Yeni səhiyyə ocağının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edənlər kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik etmiş, regionlarda əhalinin sağlamlığına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, mərasimin sonunda kənd bədii özfəaliyyət kollektivinin üzvləri maraqlı konsert proqramı ilə çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə