Rektor Nazim Qasımov: "40 ixtisas üzrə həkimlər təkmilləşdirilir"
"Son illər ölkədə ana və uşaq ölümü 2,5 faiz azalıb. Bu göstəriciyə görə Azərbaycan keçmiş ittifaq ölkələri arasında ikinci yer tutur. Ölkəmiz yalnız Belarusdan fərqlənir. Buna baxmayaraq, əslində ölkədə bu sahə üzrə göstərici o qədər də yüksək deyil". SİA-nın xəbərinə görə, bunu Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Qasımov deyib.
Onun sözlərinə görə, bununla bağlı yayılan xəbərləri bu barədə anlayışı olmayanlar deyir: "Əslində bizim həkimlər bu sahədə çox böyük nailiyyətlər əldə edirlər".
O həmçinin İnstitutun gördüyü işlər barədə də danışıb: "Son illər Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu bütün sahələr üçün 40 ixtisas üzrə həkimlərin təkmilləşməsini təmin edir. Bütün ixtisas həkimləri üçün tədbirlər görülür. Bu layihələr tək Azərbaycanın daxilində deyil, eləcə də beynəlxalq arenada da həyata keçirilir. Bura distant kurslar, xarici ölkələrdən mütəxəssislərin dəvət olunması və onların iştirakı ilə Azərbaycan həkimlərinin təkmilləşdirilməsi aiddir. Bütün bunların nəticəsində böyük uğurlar əldə olunub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB