Gənc tibb alimlərinin elmi işlərinin məcmuəsi çap olunacaq

Gənc tibb alimlərinin elmi işlərinin məcmuəsi çap olunacaq

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda gənc alimlərin növbəti elmi-praktiki konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda rezidentlər və kafedraların gənc əməkdaşları təbabətin müxtəlif problemlərinə həsr olunmuş məruzələrlə çıxış ediblər.

Eyni zamanda, konfransda institutda çalışan gənc elmi işçilər arasında keçirilmiş ən yaxşı elmi məqalə müsabiqəsinin qalibləri təltif olunublar.

Qeyd edək ki, konfransın materialları əsasında gənc alimlərin elmi işlərinin məcmuəsi çap ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə