Bu gün Azərbaycan gənc qan donorlarının birinci forumu öz işinə başlayıb. SİA-nın məlumatına görə, 14 İyun - Ümumdünya Qan Donoru Günü münasibətilə keçirilən forum Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, Qan Donorları Assosiasiyasının, Gənclər üçün Təhsil Mərkəzinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə əməkdaşlığı çərçivəsində baş tutub. Forumun məqsədi Azərbaycanda könüllü və təmənnasız qan donorluğunun inkişafına dəstək verməkdir.
Dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının və qan donorlarının iştirak etdikləri forumda Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, qan donorluğu ilə bağlı videoçarx nümayiş olunub.
Çıxış edənlər ilk dəfə keçirilən forumun Azərbaycanda könüllü və təmənnasız qan donorluğunun inkişafına dəstək verəcəyini vurğulayıblar. Bildirilib ki, forumda qan donorluğunun inkişafı sahəsində gələcək fəaliyyətlər müzakirə ediləcək və tövsiyələr hazırlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB