Ölkədə hamilə qadınların vahid elektron registri yaradılacaq

Ölkədə hamilə qadınların vahid elektron registri yaradılacaq

Azərbaycanda ana və uşaqların sağlamlığının qorunması sahəsində monitorinq sistemi yaradılacaq. SİA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti tərəfindən təsdiqlənən "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı"nda əksini tapıb.

Bu məqsədlə Səhiyyə Nazirliyi tərəfindən 2014-2015-ci illərdə hamilə qadınların vahid elektron registrinin və reproduktiv sağlamlıq xidmətinin vahid elektron sisteminin yaradılması təmin ediləcək. Səhiyyə Nazirliyi davamlı olaraq doğuşayardım tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin davamlı monitorinq və qiymətləndirmə sisteminin yaradılması və həyata keçirilməsini təşkil edəcək. Uşaqlar arasında xəstələnmə hallarının azaldılması, xəstəliklərin erkən aşkar edilməsi, onların sağlamlığının yaxşılaşdırılması məqsədi ilə dispanserizasiyanın həyata keçirilməsinə dövlət nəzarətinin təmin edilməsi də Səhiyyə Nazirliyinə tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə