Sumqayıtda Ruhi-Əsəb Xəstəlikləri Dispanserində xəstələrin vahid uçotu elektron qaydada aparılacaq. Səhiyyə Nazirliyindən SİA-ya verilən xəbərə görə, bununla əlaqədar olaraq dispanser beş ədəd kompüterlə təmin olunub.
Bu günlərdə Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri də Sumqayıtda Ruhi-Əsəb Xəstəlikləri Dispanserinə başçəkmələr həyata keçiriblər. Dispanserdə xəstələrin vahid uçotunun elektron qaydada aparılması üçün dispanserin beş ədəd kompyuterlə təmin olunduğu, stasionar və ambulator müalicəsi aparılan xəstələrin dərman preparatları, həmçinin tibbi ləvazimatlarla, gigiyenik vasitələrlə kifayət qədər təmin olunduğu müəyyənləşib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB