Televiziya işçiləri könüllü qan veriblər

Televiziya işçiləri könüllü qan veriblər

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlara yardım məqsədi ilə könüllü qanvermə aksiyası keçirilmişdir.

"Qan ver və xilas et" devizi altında keçirilən aksiyada "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının işçiləri xüsusi fəallıq göstərmişlər.

Qanvermə aksiyası "Savab dünyası" Talassemiya Assosiasiyasının və "Azad Azərbaycan" Teleradio Kompaniyasının təşəbbüsü ilə baş tutmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə