Səhiyyə Nazirliyi yeni protokol hazırlayıb

Səhiyyə Nazirliyi yeni protokol hazırlayıb

Sabah 31 may Ümumdünya Tütünlə Mübarizə Günüdür. Səhiyyə Nazirliyindən SİA-ya verilən xəbərə görə, Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv olan dövlətlər tütünün səbəb olduğu ölüm halları və xəstəliklər, həmçinin tütün epidemiyasına qarşı dünyanın diqqətini çəkmək məqsədi ilə 1987-ci ildə Ümumdünya Tütünlə Mübarizə Gününü təsis ediblər. Ümumdünya Tütünlə Mübarizə Günü hər il fərqli başlıqlar altında ÜST-ün Tütünlə Mübarizə üzrə Çərçivə Konvensiyası daxilində qeyd edilir.

Ümumdünya Tütünlə Mübarizə Günü - 2014-də ÜST və ona tərəfdaş olan ölkələr bütün dünyanı tütünə qoyulmuş vergiləri artırmağa çağırırlar. Ümumdünya Tütünlə Mübarizə Gününün əsas məqsədi indiki və gələcək nəsli tütünün öldürücü təsirinin nəticələrindən, həmçinin, tütünün yaratdığı sosial, ekoloji və iqtisadi problemlərdən qorumaqdır.

2014-cü il kampaniyasına daxil olan əsas məqsədlər dövlətlərin tütün istehlakını azaltmaq məqsədi ilə tütünə qoyulan vergiləri artırması, ictimai və qeyri-hökumət təşkilatlarının bu aspektdə fəal maarifləndirici iş aparmasına kömək edilməsindən ibarətdir. Səhiyyə Nazirliyi "Tütünçəkmədən imtina etmə üzrə klinik protokol" hazırlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə