Azərbaycanda jurnalist dövlət hesabına əməliyyat olunacaq

Azərbaycanda jurnalist dövlət hesabına əməliyyat olunacaq

Azərbaycanda "İnterAz" telekanalının əməkdaşı Nizami Eyvazovun müalicəsi və əməliyyatı dövlət hesabına həyata keçiriləcək. SİA-nın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli açıqlamasında deyib. Onun sözlərinə görə, bu barədə səhiyyə naziri Oqtay Şirəliyev göstəriş verib.

A.Qədirli vurğulayıb ki, bundan sonra Nizami Eyvazovun bütün müalicə və əməliyyat xərcləri Mərkəzi Neftçilər Xəstəxanasında dövlət hesabına ödəniləcək.

O əlavə edib ki, hazırda Nizami Eyvazov Mərkəzi Neftçilər Xəstəxanasına köçürülüb və əməliyyata hazırlıq tədbirləri başlayıb: "Əməliyyat üçün özünün və donorun hazırlığı prosesi gedir. Xəstə yaxın zamanlarda əməliyyat olunacaq. Xəstənin vəziyyəti ilə nazirliyin müvafiq şöbəsi və mən mütəmadi olaraq maraqlanırıq, yanında mütəxəssislər var. Nizami Eyvazovun donoru artıq məlumdur və yaxın qohumundan orqanın köçürülməsi nəzərdə tutulur".

Qeyd edək ki, "Hepatit-B" virusuna yoluxan Nizami Eyvazov qaraciyər serrozundan əziyyət çəkir.

Bütün xəbərlər Facebook səhifəmizdə