Hər il mayın üçüncü bazar günü QİÇS-dən vəfat edən insanların Ümumdünya xatirə günü qeyd edilir. Bu gün bununla bağlı Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı ilə tədbir keçirilib.
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında təşkil olunan tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri Eldəniz Muradov, Səhiyyə Nazirliyinin nümayəndəsi və gənclər iştirak ediblər.
Tədbirdə ilk olaraq QİÇS-dən vəfat edən insanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra çıxış edən R. Abbasov xəstəliyə yoluxanların əksəriyətinin bu barədə məlumatlı olmadığını qeyd edib. O, həmçinin KİV-lərdə bu barədə kifayət qədər maarifləndirmə işlərinin aparılmadığını bildirib.
Xəstəliyin qarşısının alınması üçün hər bir vətəndaşın maariflənməsinin və bu istiqamətdə əlindən gələni etməsənin önəmini vurğulayan R. Abbasov sosial şəbəkələrdə də işlər aparmaq lazım olduğunu qeyd edib.
Daha sonra çıxış edən E. Muradov da ən yaxşı mübarizə yolunun maarifləndirmə işlərinin olduğunu qeyd edib: "Adıçəkilən xəstəlik hazırda əsasən 30-50 yaş arasında insanlarda daha çox müşahidə olunur. QİÇS əvvəllər qadınlarda az müşahidə olunsa da, indi bu göstərici 30 faiz təşkil edir".
Tədbirin davamında Azərbaycan Milli Konservatoriyasının tələbələri çıxış edib və QİCS-dən vəfat edən insanların xatirəsinə həsr olunan simfonik konsert olub.
Sonda Azərbaycanda İİV/QİCS-dən vəfat edən insanların siyahısını özündə əks etdirən təqdimat nümayiş olunub.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB