Əli Əhmədov: "Satılan dərman preparatlarının qiyməti onların həqiqi dəyərindən xeyli yüksəkdir"

Əli Əhmədov: "Satılan dərman preparatlarının qiyməti onların həqiqi dəyərindən xeyli yüksəkdir"

"Çox təəssüf ki, hazırda Azərbaycanda satılan dərman preparatlarının qiyməti onların həqiqi dəyərindən xeyli yüksəkdir. Görünür bu, bəzi dərman preparatlarını satanların vəziyyətdən süni istifadə etməsinin nəticəsidir". SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının Sədr müavini, icra katibi, baş nazirin müavini Əli Əhmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanda satılan dərman preparatlarının qiyməti yüksək olmamalı, real dəyərindən baha satılmamalıdır: "Azərbaycanda real bazar münasibətləri mövcuddur. Apteklər də, dərman ticarəti ilə məşğul olanlar da bazar münasibətləri çərçivəsində fəaliyyət göstərirlər. Məqsədimiz bir tərəfdən azad bazar münasibətlərinin qorunub saxlanılmasını təmin etmək, digər tərəfdən isə dərman preparatlarının qiymətinin süni şəkildə artırılmasının qarşısını almaqdır ki, nəticədə vətəndaşların büdcəsinə böyük yük düşməsin. Bu məsələnin həlli istiqamətində işlər aparılır. Güman edirəm ki, yaxın azmanlarda Azərbaycanda dərman preparatları ilə əlaqədar süni qiymət artımı hallarının qarşısı alınacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə