Baş nazirin müavini: "Ana və uşaq ölümünə səbəb olanlar qanun qarşısında öz cəzasını alır"
Azərbaycan Respublikasının baş nazirinin müavini Əli Əhmədov Azərbaycanda baş verən ana və uşaq ölümünə münasibət bildirib. SİA xəbər verir ki, Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib ki, hazırda ölkədə ana və uşaq ölümü ciddi şəkildə araşdırılır, bunun qarşısının alınması üçün müvafiq tədbirlər görülür: "Baş verən bu kimi hallara təəssüflənirik. Bu hadisələrin hər biri araşdırılır. Əgər kiminsə günahı hesabına ana və uşaq ölümü baş verirsə, həmin şəxs qanun qarşısında öz cəzasını alır".
Baş nazirin müavini qeyd edib ki, bu gün Azərbaycan Respublikasının Prezidentinin tələbi ölkədə səhiyyə xidmətinin keyfiyyətinin yaxşılaşdırılması, ana və uşaq ölümü hallarının kəskin surətdə aradan qaldırılması və ümumiyyətlə səhiyyə sahəsində vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsidir: "Hər bir Azərbaycan vətəndaşının yüksək keyfiyyətli tibbi xidmət almaq hüququ var və bu hüququn təmin edilməsi istiqamətində dövlət tərəfindən böyük addımlar atılıb, işlər görülüb. Ölkənin səhiyyə sisteminin strukturu yeniləşib, dünya standartlarına uyğun, yüksək keyfiyyətli səhiyyə müəssisələri tikilib və istifadəyə verilib. İndiki halda bizim qarşımızda duran məqsəd ölkədə səhiyyə xidmətinin və həkimlərin tibbi keyfiyyətlərinin yüksəldilməsindən ibarətdir. Hər bir Azərbaycan vətəndaşına yüksək səviyyədə tibbi xidmət göstərilməlidir ki, onlar müalicə üçün xarici ölkələrə müraciət etməsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB