Əli Əhmədov: "Azərbaycanda icbari-tibbi sığorta ilə bağlı ciddi iş aparılır"

Əli Əhmədov: "Azərbaycanda icbari-tibbi sığorta ilə bağlı ciddi iş aparılır"

"Azərbaycanda 1999-cu ildə "İcbari-tibbi sığorta haqqında" qanun qəbul edilib. Bu qanunun mühüm müddəalarından biri də Azərbaycanda icbari tibbi sığortanın tətbiq edilməsidir. Müəyyən obyektiv səbəblərlə əlaqədar, bu qanun indiyə qədər yerinə yetirilməyib. İndi bu məsələ üzərində ciddi iş aparılır". SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov deyib.

Onun sözlərinə görə, aparılan işlər zamanı çatanda Azərbaycanda icbari-tibbi sığortanın tətbiqini mümkün edəcək: "Əlbəttə, bu sahədə həm hüquqi-normativ sənədləşmənin aparılması, həm səhiyyə müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq olunması ilə bağlı modellərin seçilməsi, həm də əhalinin və tibb işçilərinin buna hazırlıqlı olması baxımından çox iş görülməlidir. Bu, 9,5 milyon əhalinin hər birinin mənafeyinə xidmət edən, həcminə, əhatə dairəsinə görə geniş və ciddi məsələdir. Ona görə də, bu istiqamətdə ciddi işlər gedir, araşdırmalar aparılır. Güman edirəm ki, görülən işlər qanunun tətbiq olunmasına gətirib çıxaracaq".

Bütün xəbərlər Facebook səhifəmizdə