Sabirabad sakinləri pulsuz müayinə olunub FOTOLAR

Sabirabad sakinləri pulsuz müayinə olunub FOTOLAR

Mayın 2-3-də millət vəkili, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun təşəbbüsü ilə Sabirabad rayonunda xeyriyyə aksiyası keçirilib. Aksiya çərçivəsində rayonun Qasımbəyli kəndində sakinlər Sabirabada ezam olunmuş həkim briqadası tərəfindən pulsuz müayinədən keçiriliblər.

Xeyriyyə aksiyasına qatılanlar arasında rayonun digər kəndlərinin də sakinləri olub. Müayinələrdən sonra səhhətində problem olan bəzi sakinlər müalicə olunmaq üçün Bakıya göndərilib.

Xeyriyyə aksiyasında ATU-nun mütəxəssisləri - dos. Ələkbər Həsənov (uşaq xəstəlikləri), ass. Fikrət Zeynalov (daxili xəstəliklər), ass. Tahir Şərifov (III daxili xəstəliklər), ass. Nuran Əmənullayev (nevrologiya), ass. Ramiz Quliyev (terapevt), ass. Qabil Zülfiyev (oftalmoloq), ass. Venera Hüseynova (ginekoloq), Həqiqət Vəliyeva (baş laborant), Cəlalə Axundova (USM üzrə mütəxəssis) iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə