DBX: "Azərbaycanda H1N1 virusu ilə bağlı heç bir təhlükə yoxdur"

DBX: "Azərbaycanda H1N1 virusu ilə bağlı heç bir təhlükə yoxdur"

"Davamlı olaraq Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən ölkə üzrə donuzlar arasında monitorinq aparılır. Monitorinqlərin nəticələri göstərir ki, hazırda Azərbaycanda H1N1 virusunun olması, virusun yayılması ilə bağlı heç bir təhlükə yoxdur". Bunu SİA-ya açıqlamasında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli bildirib.

Onun sözlərinə görə, ölkənin donuzçuluq təsərrüfatında ümumilikdə 500-600 min baş donuz saxlanılır: "Rayon Baytarlıq İdarələri tərəfindən sahibkarlardan donuzçuluq təsərrüfatlarının qapalı şərait saxlanılması tələb olunur. Bu vasitə ilə donuzların yoluxucu xəstəliklərə yoluxmasının qarşısı alınır. Monitorinqlər zamanı mal-qara arasında qarayara, bruselyoz xəstəliklərinin yayılması məsələsi də araşdırılır. Son məlumatlara əsasən, Azərbaycanda təkcə donuzlar arasında yox, eləcə də, digər iri və xırdabuynuzlu heyvanlar arasında epizodik sabitlik tam təmin olunub".

Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatının baş katibi Naronq Sahamethapat Tailandda 30 min 24 nəfərin H1N1 virusuna yoluxması ilə bağlı müraciət etdiyini açıqlayıb. Baş katibin sözlərinə görə, cari ildə 50 nəfər məhz donuz qripindən ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə