Cari ilin 3 ayında 197 nəfər qidadan zəhərlənib

Cari ilin 3 ayında 197 nəfər qidadan zəhərlənib

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda əhali arasında 197 qida zəhərlənməsi hadisəsi baş verib.

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən SİA-ya verilən məlumata görə, bu hadisələr nəticəsində 216 nəfər qidadan zəhərlənib.

Hadisələrdən 11-i botulizm olub. Bu hadisələr nəticəsində 17 nəfər zəhərlənib.

Qeyd edək ki, ötən il Azərbaycanda 1278 qida zəhərlənməsi hadisəsi baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə