Taxta bazarında baş verən yanğında 8 nəfər zərər çəkib

Taxta bazarında baş verən yanğında 8 nəfər zərər çəkib

Bakının Binəqədi rayonu, Dərnəgül ərazisində Poladəritmə Zavodunun arxasındakı taxta bazarında baş verən yanğında 8 nəfər zərər çəkib. Bu barədə SİA-ya Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib. Məlumata əsasən, bu gün səhər saatlarında baş verən yanğın hadisəsinin olduğu əraziyə 2 təcili yardım briqadası göndərilib. Nəticədə zərər çəkən 8 nəfərə hadisə yerindəcə tibbi yardım göstərilib. Zərərçəkənlərdən 4-ü Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. İlkin məlumatlara əsasən onlar natamam yanma məhsullarından və tüstüdən zəhərləniblər.

Qeyd edək ki, hazırda yanğın davam edir, 2 təcili yardım briqadası hadisə yerində xidmət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə