Qərbi Afrikada ölüm təhlükəli Ebola virusu sürətlə yayılmaqdadır.
Hemorragik qızdırma epidemiyasından ən çox əziyyət çəkən təkcə Qvineyada bu ilin yanvarından etibarən Ebola qızdırması şübhəsi olan 137 nəfərdən 86-sı ölüb.
Son dərəcə yoluxucu olan və 90 faiz ölümlə nəticələnən Ebola qızdırmasından 45 ölüm faktı təsdiqlənib. Qvineyada işləyən sərhədsiz həkimlər misli görünməmiş epidemiya təhlükəsizndən danışırlar.
Ebola qızdırmasını müalicə etmək üçün heç bir vasitə yoxdur. Daxili və xarici qanaxma ilə müşayiət olunan xəstəlik son dərəcə ağır formada inkişaf edir və əzablı ölümlə nəticələnir. Onun ilk əlamətləri yüksək temperatur, baş ağrıları, zəiflik, əzələ ağrıları malyariyanı xatırladır.
Epidemioloq Mikel van Gerp deyib: "Biz Ebola virusunun Zairdən gəlmiş ən təhlükəli ştammına qarşı mübarizə aparırıq. Bu virusa yoluxan 10 xəstədən 9-u ölür".
Hazırda Qvineya, Liberiya, Syerra-Leone və Malidə yayılan Ebola virusu ilk dəfə 1976-cı ildə Sudanda və Zairdə identifikasiya edilib. Virus Ebola çayı rayonunda tapıldığı belə adlandırılıb. O, selikli qişa, habelə kiçik dəri zədələri vasitəsilə istər heyvanların, istərsə də insanların orqanizminə daxil olur, qana və limfaya keçir.
Konqo Demokratik Respublikasının Biotibbi Araşdırma Mərkəzinin direktoru, professor Jan-Jak Muembe deyib: "Zənnimizcə, virusun əsas daşıyıcıları meyvə ilə qidalanan böyük yarasalardır, lakin bu hələ təsdiqlənməlidir. Ebola virusu ilə mübarizə aparmağın yeganə üsulu gigiyenaya əməl edib xəstəliyin yayılması zəncirini qırmaqdır. Virusa yoluxan insanlar dərhal aşkar edilməli və təcrid olunmalıdır".
Onun fikrincə, QİÇS virusundan daha sürətlə yayılan və öldürən Ebola qızdırmasına qarşı vaksini tapmaq üçün maksimum səy göstərmək lazımdır.
Bu barədə məlumatı "euronews" telekanalı yayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB