Azərbaycan Stamatoloji Assosiasiyası yeni preparatın təqdimatını keçirib

Bu gün Azərbaycan Stamatoloji Assosiasiyası (ASA) ilə Asfarma şirkəti 20 mart Beynəlxalq Ağız Boşluğu Sağlamlığı Günü (WOHD) ərəfəsində Loroben preparatının təqdimatını keçiriblər. SİA-nın məlumatına görə, təqdimat mərasimində stomatoloqlar, tibb işçiləri və digərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ASA-nın prezidenti, tibb elmləri doktoru, professor Rəna Əliyeva qonaqları salamlayaraq bildirib ki, artıq bir neçə ildir ki, ASA ilə Asfarma arasında əməkdaşlıq davam edir.

Onun sözlərinə görə, tədbirin keçirilməsində məqsəd Loroben preparatını təqdim etmək, onun əhəmiyyəti və istifadə qaydaları ilə bağlı stomatoloqları məlumatlandırmaqdır: "Loroben preparatı dünyada və Azərbaycanda tanınan məhsuldur. Artıq bir neçə ildir ki, Azərbaycanda da satışdadır. Bugünkü tədbirin məqsədi isə həmin preparat və onun düzgün istifadə qaydaları ilə bağlı stomatoloqları məlumatlandırmaqdır".

R. Əliyeva qeyd edib ki, ölkəmizə gətirilən hər hansı preparat mütləq şəkildə elmi araşdırmadan keçir və təsdiq olunduqdan sonra satışa buraxılır: "Bu gün təqdim etdiyimiz məhsul da Azərbaycan tərəfindən təsdiq edilən preparatdır. Türkiyə istehsalı olan məhsul ağız boşluğunda olan selikli qişa və virus mənşəli xəstəliklərin qarşısının alınmasında istifadə olunur. Məhsul iki cür: sprey və qarqara şəklində istifadə oluna bilər".

Tədbirin davamında təqdimat iştirakçılarına məhsulla bağlı geniş məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə