Azərbaycanda “Quş qripi” ilə bağlı monitorinq keçiriləcək

Azərbaycanda “Quş qripi” ilə bağlı monitorinq keçiriləcək

"Quş qripi" xəstəliyinin ölkəmizə köçəri quşlarla keçmə ehtimalını hər zaman diqqət mərkəzində saxlayan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) respublika ərazisində ardıcıl olaraq monitorinqləri bundan sonra da davam etdirəcək.

SİA-nın xəbərinə görə, quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqin martın 31-də başlanması nəzərdə tutulur.

Hazırda ölkədə "quş qripi" və digər yoluxucu xəstəliklərə dair epizootik vəziyyət sabitdir. DBX əlaqədar qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə