"Özünü qatarın altına atan 18 yaşlı gəncin vəziyyəti çox ağırdır" AÇIQLAMA
Martın 5-də özünü "Nəriman Nərimanov" metro stansiyasından "Ulduz" stansiyasına doğru hərəkət edən metro qatarının altına atan şəxsin kimliyi məlum olub. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan SİA-ya verilən xəbərə görə, bu Bakı Dövlət Universitetinin I kurs tələbəsi 18 yaşlı Dövran Mübariz oğlu Həsənovdur.
Məlumata əsasən, Dövran Həsənov narxozdan ayılsa da, yenidən yatızdırılıb. Gəncin vəziyyəti son dərəcə ağırdır. Çox danışmağa qoymurlar.
Qeyd edək ki, özünü qatarın altına atan gəncin sağ qolu hadisə nəticəsində amputasiya olub. Hazırda onun yaxınları axtarılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB