Səhiyyə Nazirliyi: "Təbii qazdan baş vermiş hadisədə 115 nəfər zəhərlənib"
Səhiyyə Nazirliyi Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayış binalarında təbii qazdan baş vermiş kütləvi zəhərlənmədə 115 nəfər xəsarət alıb. Bunu SİA-ya açıqlamasında nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib.
Onun sözlərinə görə, zəhərlənənlərdən 70-nə hadisə yerində tibbi yardım göstərilib və evə buraxılıb: "Zərərçəkənlərin 45-i Səhiyyə Nazirliyinin Toksikologiya Mərkəzinə yerləşdirilib. Onlardan 43-ü hospitalizasiya edilib. Həmin xəstələrin səhhətləri üçün təhlükə olmadığından onların hamısı gecə evə buraxılıb".
Xatırladaq ki, ötən gün axşam saatlarında qəsəbədə beşmərtəbəli yaşayış binalarında kütləvi zəhərlənmə baş verib. İlkin məlumatlara əsasən, insanların zəhərlənməsi təbii qazın tərkibində odorant maddəsinin normadan artıq dozada olmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB