BŞTTYS: "187 nəfər xəstəxanaya yerləşdirilib" Dəm qazı

BŞTTYS: "187 nəfər xəstəxanaya yerləşdirilib" Dəm qazı

"Yanvar ayına nisbətən fevral ayında təcili tibbi yardıma dəm qazından zəhərlənmələrlə bağlı edilən müraciətlərin sayında azalma müşahidə edilib". Bunu SİA-ya açıqlamasında Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin baş həkimi Zemfira Vahidova deyib.

Onun sözlərinə görə, fevral ayında stansiyaya dəm qazından zəhərlənənlərlə bağlı 279 müraciət daxil olub: "Müraciətlər əsasında, 187 nəfər xəstəxanaya yerləşdirilib, digərlərinə isə yerində yardım edilib".

Bütün xəbərlər Facebook səhifəmizdə