Rəsmi: "Fevral ayında pomidor turşusundan zəhərlənmə nəticəsində 1 nəfər ölüb"

Rəsmi: "Fevral ayında pomidor turşusundan zəhərlənmə nəticəsində 1 nəfər ölüb"

"2014-cü ilin yanvar ayında 65 qida zəhərlənməsi hadisəsi baş verib ki, nəticədə 67 nəfər zərərçəkib". Bunu SİA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin həkimi Aygün Nəcəfova deyib.

Onun sözlərinə görə, qida zəhərlənmələri müxtəlif ərzaq məhsullarından olub: "Ötən ay kütləvi qida zəhərlənmələri qeydə alınmayıb. Zəhərlənmələr əsasən tutmalardan olub ki, yanvar ayında da 5 batolizm (pomidor tutmasından zəhərlənmə) hadisəsində 8 zərərçəkən olub. Fevral ayının ilk 10 günlüyündə isə ev şəraitində hazırlanmış pomidor turşusundan zəhərlənmə nəticəsində 1 nəfər ölüb".

Mərkəzinin həkimi bildirib ki, bəzən araşdırmalar nəticəsində məlum olur ki, zəhərlənmə pomidor turşusundan deyil, onun suyundan baş verir. Pomidorun tərkibindən toksinlər çıxaraq turşunun suyuna diffuziya etdiyi üçün bu suyu içmək təhlükəlidir. Çünki, ev şəraitində tutmada istifadə olunan qida məhsulları təmiz yuyulmur, hətta tutma saplağı qoparılmamış pomidordan hazırlanır. Mağazalardan alınan tutmalardan isə zəhərlənmələr baş vermir".

Aygün Nəcəfova deyib ki, cari ilin ilk ayında spirtli içkilərdən zəhərlənmə qeydə alınmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə