BŞTTTYS: "Hadisə nəticəsində ölən olmayıb" 3 nəfər xəsarət alıb
"Bu gün Bakıda partlayış baş verən əraziyə Təcili Yardımın 7 briqadası göndərilib. 3 nəfərə yerindəcə yardım edilib". SİA-ya açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova belə deyib.
Onun sözlərinə görə, yardım göstərilənlərdən ikisi qadın, biri isə kişidir: "Həmin üç nəfəri artıq xəstəxanaya yerləşdirmişik. İki qadın 1 saylı kilinik xəstəxanaya, 24 yaşlı oğlan Travmatologiya İnstitutuna yerləşdirilib".
Zemfira Vahidova bildirib ki, BŞTTTYS tərəfindən göndərilən briqadalar artıq oradan çıxarılıb. Lakin hər ehtimala qarşı orada 2 briqada saxlanılır: "Bina çöküb. İlkin məlumata görə, həmin binanın zirzəmisində qaz sızma nəticəsində partlayış baş verib".
Qeyd edək ki, bu gün "Azadlıq prospekti" metro stansiyasının yaxınlığındakı kafedə partlayış baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB