15 nəfər dəm qazından boğulub

"Ötən gün dəm qazından zəhərlənmələrlə bağlı stansiyaya 15 nəfər müraciət edib, onlardan 11 nəfəri xəstəxanaya yerləşdirilib. Digər 4 nəfərə yerindəcə yardım edilib". Bu barədə SİA-ya açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova deyib.

Onun sözlərinə görə, 4 fevral tarixində sutka ərzində stansiyaya 1600 müraciət daxil olub: "Ötən gün yol-nəqliyyat hadisəsi olmayıb. Yalnız 1 nəfər - 55 yaşlı kişini Salyan yolunda maşın vurub və o da Klinik Tibbi Mərkəzə yerləşdirilib".

BŞTTTYS- nin rəmisi bildirib ki, yolların buz bağlaması nəticəsində sürüşmə və zədə alma ilə bağlı stansiyaya ötən sutka ərzində 7 nəfər müraciət edib. Zemfira Vahidova qeyd edib ki, onlardan 6-sı xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə