Şaxtalı havada sürüşüb yıxılanlardan 29-u xəstəxanaya yerləşdirilib
"Yanvar ayının 31-də səhər saat 07:00-dan başlayaraq 1 fevral tarixinin 01:00 radələrinədək qarda sürüşüb zədə alanların sayı daha çox olub". SİA-ya açıqlamasında Bakı Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyanın Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova belə deyib.
Onun sözlərinə görə, gündüz saatlarında stansiyaya müraciət edənlərin əksəriyyəti qadınlar olub: "Axşam saat 18:00-dan sonra isə müraciətlərin əksəriyyətini kişilər təşkil edib. Stansiyamıza ümumilikdə 35 müraciət daxil olub. Onlardan 29-u xəstəxanaya yerləşdirilib. 3 nəfərə yerindəcə yardım edilib, 3 nəfərə isə xəstəxanaya aparmadan yardım edilib və evinə aparılıb".
Zemfira Vahidova bildirib ki, 1 və 2 fevral tarixləri iş günü olmadığından əksər vətəndaşlar şəxsi avtomobilləri ilə yollara çıxmayıblar və nəticədə avtoqəzaların sayı çox olmayıb: "Fevralın 1-də 5 avtoqəza olub. Hadisələrdə zərərçəkmiş 5 nəfər xəstəxanaya yerləşdirilib. Ayın 2-də isə 7 avtoqəza olub. Qəzalardan 9 nəfər zərər çəkib, onlardan 7-si xəstəxanaya yerləşdirilib, 2-nə isə yerində tibbi yardım olunub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB