Son bir həftədə 85 nəfər dəm qazından zəhərlənib STATİSTİKA

Son bir həftədə 85 nəfər dəm qazından zəhərlənib STATİSTİKA

"Həftə ərzində dəm qazından zəhərlənmələrlə bağlı stansiyamıza 85 müraciət daxil olub". Bu barədə SİA-ya açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin baş həkimi Zemfira Vahidova məlumat verib.

Onun sözlərinə görə, müraciətlər əsasında 61 nəfər xəstəxanaya yerləşdirilib, 24 nəfərə isə yerində tibbi yardım göstərilib.

Baş həkim yanvar ayında baş verən avto-qəzalarla bağlı statistikanı da açıqlayıb: "Gündəlik orta hesabla 6-7 avtoqəza baş verir. Yanvar ayı ərzində isə 71 yol nəqliyyat hadisəsi olub. Onlardan 68 nəfəri xəstəxanaya çatdırılıb. 3 nəfərə yerində tibbi yardım göstərilib. Yol nəqliyyat hadisələrindən 25 nəfəri maşın vurma, 46 nəfəri isə maşınların toqquşması və ya aşması ilə nəticələnən hadisələrdir".

Zemfira Vahidova kəskin resperatur və ürək-qan damar xəstəlikləri ilə bağlı həftə ərzində çağırışların sayının orta hesabla 1900-2000 arasında dəyişdiyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə