Bakı Sağlamlıq Mərkəzində vakant həkim və orta tibb işçiləri vəzifələrinin tutulması üçün müsabiqə elan edilib. SİA Səhiyyə Nazirliyinin saytına istinadən xəbər verir ki, artıq sənədlərin qəbuluna başlanılıb.
Qeyd edək ki, "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası və Səhiyyə Nazirliyinin Kollegiyasının 18 yanvar 2013-cü il tarixli 3 nömrəli qərarına əsasən, Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrində vakant elan edilmiş yerlərə həkimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB