BŞTTTYS: "Dəm qazından zəhərlənmələrin sayı həqqindən çox artıb" HƏYƏCAN

BŞTTTYS: "Dəm qazından zəhərlənmələrin sayı həqqindən çox artıb" HƏYƏCAN

"Dekabr ayında təcili tibbi yardıma dəm qazından zəhərlənmələrlə bağlı edilən müraciətlərin sayı həddindən artıq çox olunub". Bunu SİA-ya açıqlamasında Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin baş həkimi Zemfira Vahidova deyib.

Onun sözlərinə görə, gün ərzində stansiyaya dəm qazından zəhərlənənlərlə bağlı 15-18 müraciət daxil olur: "Dekabr ayının 1-dən bu günə qədər stansiyaya 361 müraciət daxil olub. Müraciətlər əsasında, 253 nəfər xəstəxanaya yerləşdirilib, 15 ölüm hadisəsi qeydə alınıb. Ölənlərin biri 17 yaşlı gənc olmaqla 7-si kişi, ikisi isə 8 və 13 yaşlı uşaq olmaqla 8-i qadındır".

Qeyd edək ki, 2012-ci ilin dekabr ayında Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına dəm qazından zəhərlənmələrlə bağlı 170 müraciət daxil olub. Müraciətlər əsasında, 5 ölüm faktı aşkarlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə