Azərbaycanda xərçəng əleyhinə yeni Dövlət Proqramı hazırlanır

Azərbaycanda xərçəng əleyhinə yeni Dövlət Proqramı hazırlanır

"Azərbaycanda xərçəng əleyhinə yeni Dövlət Proqramı hazırlanır". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov deyib.

Onun sözlərinə görə, dünyanın bir çox ölkələrində xərçəng əleyhinə dövlət proqramı var: "Hazırda Azərbaycanda da belə bir proqram hazırlanır. Bu proqramın hazırlanması, təkcə həkimlərdən, Səhiyyə Nazirliyindən asılı olan məsələ deyil. Kompleks proqram olmalıdır və burada təkcə diaqnostika, müalicə yox, profilaktik tədbirlər görülməli, ətraf mühitin qorunması, siqaretə qarşı mübarizə, qida faktorları, hansı qidaların bədxassəli şişlərin əmələ gəlməsində rolu, düzgün qidalanma, necə həyat tərzini qurmaqla gələcəkdə onkoloji xəstələrin sayının azalmasına səbəb olması kimi məsələlər öz əksini tapmalıdır. Bu geniş bir proqramdır və hazırda üzərində iş gedir. Proqram qəbul olunacaq, amma onun nə zaman qəbul olunacağını indidən demək çətindir".

Bütün xəbərlər Facebook səhifəmizdə