2012-ci ildə 31 min abort qeydə alınıb STATİSTİKA

2012-ci ildə 31 min abort qeydə alınıb STATİSTİKA

"2000-ci ildə Azərbaycanda ümumi abortların sayı 17500 idisə, 2012-ci ildə artıq bu göstərici 31 min kimi göstərilir". Bu barədə SİA-ya Səhiyyə Nazirliyinin Tibbi Yardım təşkili şöbəsinin müdir müavini Gülər Ağayeva məlumat verib. O bildirib ki, 2012 ci ilin statistikasına idarə tabeli və digər tibb müsəssisələrinin də göstəriciləri də daxil edilib.

Onun sözlərinə görə, 2000-ci ildə hər 1000 qadına düşən abortların sayı 7,8 idisə, 2012-ci ildə artıq bu göstərici 11,5 olub: "Mini abortların sayı 2000-ci ildə 4500 idisə, 2012-ci ildə 9500 olub. Hər 1000 qadına bu göstərici 2000-ci ildə 2, 2012-ci ildə 3.5 olub. 2012-ci ildə dərman vasitələri ilə 100 abort icra edilib ki, bu da hər 1000 qadına 0.04 təşkil edir. Artıq ölkədə medikamentoz abort üçün dərman preparatları qeydiyyatdan keçib və yəqin ki, 2013-cü ilin statistikasında bu göstərici fərqli olacaq. Ümumi abortların arasında mini-abortların payının artması qadınların çox kiçik müddətinə tibb müəssisəsinə müraciət etdiyini göstərir".

Bütün xəbərlər Facebook səhifəmizdə