Ötən il 443 həkim Türkiyədə çalışmaq üçün müraciət edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin səhiyyə naziri Mehmet Müezzinoğlu açıqlama verib. O bildirib ki, müraciət edənlərdən 425-nə müsbət cavab verilib.
Onun sözlərinə görə, müraciət edənlərin əksəriyyətini azərbaycanlı həkimlər təşkil edir: "Belə ki, müraciətlərin 68-i Azərbaycandan, 49-u İrandan, 39-u Suriyadan, 29-u Yunanıstandan daxil olub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB