Cərimələrdən gələn gəlirlərin 25 %-i həkimlərin məvaciblərinə əlavə olunacaq

Cərimələrdən gələn gəlirlərin 25 %-i həkimlərin məvaciblərinə əlavə olunacaq

Milli Məclisinin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında "Әhalinin sağlamlığının qorunması haqqında" qanun layihəsinə əlavələr müzakirə olunub. SİA-nın məlumatına görə, səhiyyə sahəsində cərimələrdən gələn gəlirlərin 25 %-i həkimlərin məvaciblərinə əlavə olunacaq.

Komitənin sədri H. Rəcəbli bildirib ki, layihəyə dəyişiklik tibb sahəsində çalışanların sosial maddi rifahının gücləndirilməsinə xidmət edir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə