"Açıq suların satışına qarşı görülən tədbirlərə baxmayaraq, bu problem hələ də qalmaqdadır". Bunu mətbuata açıqlamasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bidirib.
Onun sözlərinə görə, yay mövsümü ilə əlaqədar Respublika Gigiyena və Epidemiologiya Mərkəzi yoxlamaları intensivləşdirib: "Mərkəz tərəfindən 62 su mənbəyindən analizlər götürülüb və aşkarlanmış qanun pozuntularına görə müvafiq cərimələr tətbiq olunub. Tullantıların daşınması və utilizasiyasına isə xüsusi olaraq nəzarət olunur".
Şöbə müdiri bildirib ki, Sahil və Şıx çimərliklərində bağırsaq çöplərinin sayı çox olduğundan, burada çimmək qadağan olunub: "Son 6 ay ərzində obyektlərdə sanitar - gigiyenik normalar pozulduğuna görə, 435 nəfər cərimə olunub, 136 obyektin fəaliyyəti isə tamamilə dayandırılıb. İri və xırdabuynuzlu heyvanların kəsimi üçün xüsusi yerlər ayrılıb. 61 ət kəsimi mağazasında sanitar-gigiyenik qaydalara əməl olunmadığı üçün cərimələr tətbiq olunub. Belə ki, kəsimə gətirilən hər bir heyvan baytar nəzarətindən keçdikdən sonra satışa çıxarılmalıdır".
Cavid Əkbərov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB