Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə cari ilin 1 iyul tarixindən 5 iyul tarixinədək könüllü qanvermə aksiyaları keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, aksiyalar zamanı Tovuz MRX-da 180 nəfər, Mərkəzi Qan Bankının Gəncə bölməsində 60 nəfər, Göy-göl MRX-da – 203 nəfər, Xaçmaz MRX-da isə 114 nəfər tibb işçisi könüllü olaraq qan verib.
Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
Qeyd edək ki, nazirlik tərəfindən təşkil edilən aksiyalar davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB