Nazir Qusar sakinlərini qəbul edib

Nazir Qusar sakinlərini qəbul edib

Səhiyyə naziri Oqtay Şirəliyev bu gün Qusar Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirib. SİA-nın məlumatına görə, Oqtay Şirəliyev Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Sumqayıt, Qubadlı rayon sakinlərini qəbul edib və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandırıb.

Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinlənilib və lazımi tədbirlərin görücələyi barədə məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə