ATU-nun rektoru:"Xəstəxanadaxili infeksiya böyük problemlərdən biridir”

ATU-nun rektoru:"Xəstəxanadaxili infeksiya böyük problemlərdən biridir”

"Bu gün bütün dünyada olduğu kimi Azərbaycanda da xəstəxanadaxili infeksiya çox böyük problemlərdən biridir". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Əhliman Əmiraslanov bu gün keçirilən beynəlxalq simpoziumda çıxışı zamanı deyib.

Rektor bildirib ki, hər bir tibb sahəsi üzrə uğurlu əməliyyatların nəticəsi xəstəxanın sanitar vəziyyətdən asılı olur: "Dünya ölkələri ilə yanaşı Azərbaycanda da bu istiqamətdə məqsədyönlü işlər görülür. Bütövlükdə gələcəkdə xəstəxanadaxili infeksiyanı qarşısını almaq, cərrahiyyə, tibb sahəsində böyük uğurlardan danışa bilmərik. Həmçinin antibiotiklərə rezistentlik, bu gün təbabətin ən vacib problemlərindən biridir. Səhiyyədə antibiotiklərdən istifadə etməyərək xeyirdən çox ziyan veririk. Bu məsələlərin hər biri son dərəcə elmi və praktik əhəmiyyət kəsb edən problemlərdir".

Əhliman Əmiraslanov onu da qeyd edib ki, universitetin müxtəlif sahələri üzrə yeni klinikaları yaradılıb. Artıq tibb universitetinin 3 klinikası vətəndaşların ixtiyarına verilib. Rektorun sözlərinə görə, yaxın zamanlarda ATU-nun yeni Cərrahiyyə Klinikası istifadəyə veriləcək.

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə