"Azərbaycanda da kəllə sümüyü açılmadan beyində müxtəlif əməliyyatlar aparılır"

"Azərbaycanda da kəllə sümüyü açılmadan beyində müxtəlif əməliyyatlar aparılır"

"Artıq Azərbaycanda da kəllə sümüyü açılmadan beyində müxtəlif əməliyyatlar aparılır. Bu əməliyyatlar nəticəsində beyin damarlarının tutulmasının, qanaxmanın, beynə qansızmanın qarşısını almaq mümkündür". Bunu SİA-ya açıqlamasında Respublika Müalicə-Diaqnostika Mərkəzinin həkimi, tanınmış professor Əhməd Məmiş bildirib.

Onun sözlərinə görə, endovaskulyar yolla beyin damarlarının daxilində əməliyyat aparmaq üçün bud arteriyasında 2 mm-lik deşik açılır: "Bu deşik vasitəsilə aortaya yuxarı və aşağı istiqamətlərdə girərək, lazım olduqda beyincik arteriyası içində millimetrənin 1/4 nazikliyində mikrokateterlər dediyimiz trubkalarla oradakı anemiziya və ya patologiyanın içərisinə daxil olunur. Həmin mikrokateterlərin içərisindən anemizma dediyimiz kisəciyin, baloncuğun içərisinə girdikdə bu mikrokateterlərinin içindən göndərdiyimiz platiumdan düzələn mikro-spirallar ilə kəllə damar anevrizmaları (baloncuqlar) bağlayırıq. Baloncuğun bağlanmasını damar daxilində kəllə sümüyü açılmadan bu şəkildə həyata keçirmək olur. Bu halda anervizma dediyimiz kisəcikləşmə, damardakı baloncuqlaşmanın qarşısı alınır və xəstənin qanaxması olmur. Bununla da xəstənin ölümünün qarşısı almış oluruq".

Artıq 4 il ərzində Bakıda endovaskulyar yolla 3 minə yaxın xəstənin üzərində əməliyyat aparıldığını deyən professor bildirb ki, daxili damarlarda aparılan anevrizma, malformasiyon (damar yumaqları) və ya damar yırtılması əməliyyatlarının sayı isə 250-ni keçib: "Bu vaxta kimi belə xəstəliklərin diaqnozu düzgün qoyulmurdu. Son zamanlar beyin-damar xəstəliklərinin artması diaqnozun düzgün qoyulması ilə bağlıdır. Əgər xəstədə beyin qanaxması olurdusa, reanimasiyada yatırdı, sonra isə ölürdü. Amma bu gün diaqnoz daha dəqiq qoyulduğu üçün bu xəstəlikdən əməliyyat olunanların sayı son illərdə artıb və xəstəni ölümdən xilas etmək mümkün olur".

Bütün xəbərlər Facebook səhifəmizdə