"Bu ilin 3 ayı ərzində Azərbaycanda heyvan dişləmələrinin sayı keçən ilin 3 ayı ilə müqayisədə 20% artıb. Heyvan dişləmələrinin sayı bu il 3404 olduğu halda, ötən il bu rəqəm 2800 olub. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının şöbə müdiri Rita İsmayılova deyib.
Onun sözlərinə görə, heyvan dişləmələri arasında hər zaman olduğu kimi bu il də it dişləmələri 90% təşkil edib: "Ölkədə insanlar arasında quduzluq xəstəliyinə yoluxma hallarının sayında azalma müşahidə olunur. Ötən il insanlar arasında 4 quduzluğa yoluxma halı aşkar olunduğu halda bu il hələ ki belə fakt aşkarlanmayıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB