Həkimlərin nəzərinə!

Səhiyyə Nazirliyi imtahanların nəticələrini açıqlayıb. Nazirlikdən SİA-ya verilən xəbərə görə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tabeçiliyində olan səhiyyə müəssisələrinə həkimlərin mərkəzləşdirmiş qaydada işə qəbuluna dair ilk müsabiqənin nəticələri açıqlanıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tabeçiliyində olan səhiyyə müəssisələrinə tibb işçilərinin vakant yerlərə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır.

Tibb müəssisələrində həkim ixtisası üzrə nəzərdə tutulmuş vəzifələrə namizədlər aşkarlıq şəraitində şəffaf üsullarla müsabiqə əsasında qəbul edilirlər. Müsabiqə iki mərhələdən - test imtahanı və müsahibədən ibarətdir. Hər iki mərhələdə müsbət nəticələr əldə etmiş həkimlərə müvafiq qaydada səhiyyə müəssisəsində işə qəbul olunmaq üçün Səhiyyə Nazirliyi tərəfindən göndəriş verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə