"Quduzluq xəstəliyi haqqında məlumat yoxdur”

"Quduzluq xəstəliyi haqqında məlumat yoxdur”

"Ötən illərlə nisbətdə bu il quduzluq xəstəliyinin dinamikasında enmə müşahidə edilib". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında dövlət baytarlıq xidmətinin rəisi Sialə Rüstəmova bildirib. Onun sözlərinə görə, 2011-ci ildə 70 patoloji materialdan 52 patoloji müsbət nəticəli material əldə edilmişdi: "2012-ci ildə isə bu sahədə müsbət hal qeydə alınıb, yəni 18 patoloji müsbət nəticə əldə olunub. Bu il isə hələlik 6 nümunədən 5-də xəstəlik aşkar olunub. Bunun da 2-si at, 2-si sahibsiz it, 1-i isə tülkünün başında olub. Quduzluq Azərbaycan ərazisində daha çox işğal olunmuş rayonlarla sərhəd ərazilərdə müşahidə olunur. Cari ilin ilk 3 ayı ərzində isə hələ ki, quduzluq xəstəliyinin olması haqqında məlumat yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə